\
25 Aprel 2024 - Cümə axşamı

Putin referendumda səs verdi - Video

Putin referendumda səs verdi - Video
1804baxış

Rusiya Prezidenti Vladimir Putin Moskvadakı məntəqələrdən birində Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı ümumxalq səsverməsində iştirak edib.

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, Rusiya Prezidenti həmişə olduğu kimi bu dəfə də Rusiya Elmlər Akademiyasında yerləşən 2151 saylı məntəqədə səs verib.

 

O, bir gün əvvəl hər bir vətəndaşın səs verməsinin vacibliyini qeyd edərək vətəndaşları referendumda iştirak etməyə çağırıb. Bildirib ki, 1993-cü il sənədlərinə düzəlişlər yalnız əksəriyyətin razılığı ilə edilə bilər.

Qeyd edək ki, Rusiyada Konstitusiya dəyişikliklərinə dair  iyunun 25-də başlayan ümumxalq səsverməsi iyulun 1-dək davam edəcək.