\
27 Aprel 2024 - Şənbə

"Mən koronavirusa yoluxan mətbuat xidməti deyiləm" - Fəridə Aslanova

"Mən koronavirusa yoluxan mətbuat xidməti deyiləm" - Fəridə Aslanova
1338baxış

Sosial şəbəkələrdə mətbuat xidmətlərindən birinin koronavirusa yoluxması haqda məlumatlar dolaşır. Hətta deyilənə görə, həmin şəxs Musiqili Akadmeik Teatrının mətbuat xidmətinin rəhbəri Fəridə Aslanovadır.

Mediapress.az-ın məlumatına görə, həmin mətbuat xidməti Fəridə xanım deyil. Özü də bu barədə sosial şəbəkələrdəki şəhifələrində açıqlama vermək məcburiyyətində qalıb: 

"Əzizlərim, belə bir xəbər yayılıb ki, teatrlardan birinin mətbuat katibi koronavirusa yoluxub.

Həmin şəxs mən deyiləm. Sağ -salamatam.

Allah o biri həmkarlarımı da qorusun!
Bu xəstəlik elədir ki, heç kəs sığortalanmayıb. Mən də yoluxa bilərəm. Bu xəstəliyə düçar olsam, gizlətmərəm.
Xəstələnənlər də günahsızkən günahkar durumda qalıblar.

Düzdür, qohum-əqrabadan yoluxan və hətta vəfat edənlər də oldu. Allah onlara rəhmət eləsin, qalanlara can sağlığı arzulayıram.

Amma mən həmin qohumlarla martdan bəri ünsiyyətim olmayıb. Qaydalara ciddi əməl edirəm. Ailəmi, uşaqlarımı, doğmalarımı, dostlarımı və ümümiyyətlə, cəmiyyətimizi qorumaq üçün sosial məsuliyyətimi dərk edirəm.
Allah dünyamızı bu bəladan hifz eləsin".