\
23 Aprel 2024 - Çərşənbə axşamı

Müdafiə Nazirliyindən cəbhə xəttində gərginliklə bağlı yayılan xəbərlərlə bağlı - Açıqlama

Müdafiə Nazirliyindən cəbhə xəttində gərginliklə bağlı yayılan xəbərlərlə bağlı - Açıqlama
1932baxış
"Sosial şəbəkələrdə cəbhənin Tərtər və Goranboy istiqamətlərində guya vəziyyətin gərginləşməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur, uydurma və həqiqətə uyğun olmayan məlumatdır”.
 
Mediapress.az xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. 
 
Qeyd olunur ki, hazırda cəbhə bölgəsində vəziyyət sabitdir. Bu kimi xəbərlər düşmən qüvvələrin təxribat məqsədilə yaydığı dezinformasiyadır.