\
18 Aprel 2024 - Cümə axşamı

"VTB" filialının müvəqqəti olaraq fəaliyyətinin dayandırılmasının səbəbi... - Eksklüziv

"VTB" filialının müvəqqəti olaraq fəaliyyətinin dayandırılmasının səbəbi... - Eksklüziv
3558baxış

Ötən həftəyə kimi "VTB" bankın Memar Əcəmi filialı müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı.

Mediapress.az-ın əldə etdiyi məlumata görə, filialın rəhbərliyində koronavirus aşkarlanmış, bu üzdən əməkdaşlar da 14 günlük ev şəraitində karantinə alınıblarmış.

Rəhbərlik əməkdaşlardan KOVİD-19 testinin cavabının neqativ olduğu halda işə qayıda biləcəklərini söyləyib.  

Xəbəri dəqiqləşdirməkdən ötrü sözügedən bankın mətbuat xidməti ilə əlaqə saxlasaq da, Gülçin xanım əvvəlcə rəsmi qaydada sorğu göndərməyimizi istədi. Amma elektron poçtumuza məsələ ilə bağlı cavab gəlmədi.

Daha sonra zənglərdən yayınan mətbuat xidmətinin məsulu olan Gülçin xanımı tapmaq müşkül məsələyə döndü.

Xatırladaq ki, artıq "VTB"nin "Memar Əcəmi" filialı fəaliyyətini bərpa edib. 

Günel Ayxan