\
19 Aprel 2024 - Cümə

CBC-nin 9 əməkdaşı koronavirusa yoluxub - Eksklüziv

CBC-nin 9 əməkdaşı koronavirusa yoluxub - Eksklüziv
3878baxış

Azərbaycana sürətlə yayılan koronavirus (Kovid-19) mətbuat aləminin nümayəndələrindən də yan keçmir.

Jurnalistlər, televiziya işləri arasında saysız-hesabsız yoluxmalar var və bunun qarşısını almaq mümkünsüz həddə çatıb.

Hətta aralarında ölüm halları da baş verir. Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı Samir Nemətzadənin ölümü buna əyani sübutdur.

Mediapress.az-ın əldə etdiyi məlumata görə, virus Azərbaycanın CBC telekanalının (Caspian İtnernational Broadcasting Company) əməkdaşları arasında da yayılıb.

Etibarlı mənbənin sözlərinə görə, hazırda CBC-də 9 nəfər bu virusa yoluxub. Onlardan biri rəhbər sürücüsüdür. 

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. 

Günel Aylin