\
26 Aprel 2024 - Cümə

"Karantin rejimi qaydalarına əməl etməklə özümüzün və yaxınlarımızın sağlamlığını düşünək"

"Karantin rejimi qaydalarına əməl etməklə özümüzün və yaxınlarımızın  sağlamlığını düşünək"
1184baxış
"Bu gün bəşəriyyət COVİD-19 pandemiyası ilə mübarizə aparır. Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə pandemiyaya qarşı aparılan tədbirlər hər bir vətəndaşın sağlamlığının qorunmasını xidmət edir. Qeyd etmək lazımdır ki, dövlətimiz vaxtında tədbirlər müəyyənləşdirib həyata keçirməsəydi, dünyanı bürümüş bu virusla mübarizə aparmaq çətinləşərdi" 
 
Bu fikirləri Azərbaycan Respublikasının Əməkdar Artisti, Dövlət Mədəniyyət və İncəsənət Universitetinim muğam sənəti kafedrasının müəllimi, AMEA-nin doktorantı Ruzə İbişova Mediapress.az-a  açıqlamasında deyib.
 
O, bildirib ki, pandemiyaya qarşı hamı mübarizə aparmalıdır.
 
"Hələ də xəstəxanalarda insanlar vürusla mübarizə aparır. Həyatlarını risk altında qoyan həkimlərimiz yorulmadan vətəndaşlarımıza yardım edir. Mən müəllim yoldaşlarımıza, tələbələrimizə, mədəniyyət və incəsənət xadimlərinəevdə qalmağı tövsiyyə edirəm. Əgər verilən qərarlara riayət etsək, özümüzün və yaxınlarımızın sağlamlığını düşünsək, pandemiyaya qarşı mübarizədə qalib gələrik. Sosial məsafəyə və şəxsi gigiyena qaydalarına əməl edilməli, qoruyucu vasitələrdən mütəmadi istifadə edilməlidir. Hamını dövlət tərəfindən həyata keçirilən tədbirlırə yaxından dəstək olmağa səsləyirəm".