\
19 Mart 2024 - Çərşənbə axşamı

Polisimiz QÜRURUMUZDUR!

Polisimiz QÜRURUMUZDUR!
1363baxış
İyul Azərbaycanda Polis günü qeyd olunur.
 
Polis. Bir çoxlarımız polisi cinayətkarı yaxalayan, cərimə yazan və ya formada olub təhlükəsizliyimizi qoruyan kimi görürük. Əslində isə belə deyil. Polis kimdir? Ümummilli lider Heydər Əliyev Azərbaycan polisinə hər zaman yüksək qiymət vermişdir. Ona görə yox ki, polis daxili təhlükəsizliyimizi qoruyur, ölkəmizdə azad-firavan hərəkət edə bilirik.
 
Ümummilli lider ona görə polisə yüksək dəyər verirdi ki, bu iş həqiqətən çox şərəflidir. Bir neçə xırda nüansı özündə birləşdirir ki, bu xırda dediyimiz nüanslar sonra birləşib güc olur! Bu gün nəinki daxili təhlükəsizliyimizi, hər birimizi, ölkə vətəndaşlarını qoruyur. 
Ulu öndər Heydər Əliyev deyirdi:"Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır ”.
 
Bəli. Bu sahə elə bir sahədir ki. Polis olmasa dövlət olmaz, polis olmasa dövlətçilik olmaz. Məhz bütün bunlara görə, polis sistemində daim mütərəqqi addımlar atılmış, şəxsi heyyətlə yanaşı polisin iş rejiminin yaxşılaşdırılması davamlı olaraq diqqətdə saxlanılmışdır. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev bugün polis sisteminin daha təkmil qurulması üçün əlindən gələni edir. Artıq bu istiqamətdə əməli işlər görülüb. Ölkədə polis-vətəndaş münasibətləri o dərəcədə inkişaf edib ki, bu təcrübə bir sıra Avropa ölkələrini qabaqlayır. Misal olaraq Fransa, ABŞ və digər supergüclərdə polislərin vətəndaşlarla münasibəti, etirazçılara qarşı etdiyi zorakılıqların şahidi oluruq. Ancaq etiraf edək ki, Azərbaycanda bu yöndə vəziyyət yaxşıdır. Ötən günlərdə ABŞ Dövlət Departamenti cənubi qafqazda, əsasda Azərbaycanda terror hadisələrinin baş verməməsinə dair hesabat yayımlayıb. Hesabatla tanış olanda məlum olur ki, Azərbaycanda daxili təhlükəsizlik yüksək səviyyədə qorunduğu üçün burada heç bir terror hadisəsi baş verməyib.
 
Bu gün beynəlxalq aləm COVID-19 pandemiyası ilə mübarizə aparır. Sərt qərarlar tətbiq olunur. Azərbaycanda da bu yöndə hökumət tərəfindən bir sıra qərarlar qəbul olunub. Həkimlərimizlə yanaşı bu virusun yayılmasının qarşısının alınmasında polislərin rolu əvəzsizdir. Ehtiyacı olanlara yardım etmək, vətəndaşların təhlükəsizliyinin qorunması yönündə gecə-gündüz xidmət aparan məhz elə polislərimizdir.
Başda general-polkovnik Vilayət Eyvazov olmaqla bütün polis əməkdaşlarını İlhamla Mehribanla Azərbaycan Naminə "İMAN" səhifəmizin adından təbrik edirik. Yaşasın Azərbaycan Polisi!

AYŞƏN FAXRƏDDİNQIZI

İIHAMLA MEHRİBANLA AZƏRBAYCAN "İMAN" səhifəsinin təsisçi