\
26 Aprel 2024 - Cümə

Gürcüstanda koronavirusa yoluxanların sayı 943-ə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 943-ə çatdı
1011baxış

Gürcüstanda son sutka ərzində daha 4 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər isə müalicə olunaraq sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 943-ə, sağalanların sayı isə 821-ə çatıb. Xəstəlikdən ölənlərin sayı isə 15 nəfər təşkil edir.

Hazırda ölkə üzrə karantində 3 080, tibbi nəzarətdə isə 242 nəfər saxlanılır.