\
19 Mart 2024 - Çərşənbə axşamı

Həkim Faiq Ağayev koronavirusdan vəfat etdi (FOTO)

Həkim Faiq Ağayev koronavirusdan vəfat etdi (FOTO)
2031baxış
Azərbaycanda daha bir həkim koronavirusdan ölüb.
 
Mediapress.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 70 yaşlı həkim-bronxoloqu, bu tibbi müəssisənin sabiq direktoru Faiq Ağayev ötən gecə koronavirusa görə müalicə aldığı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında vəfat edib.
ATU-dan saytımıza məlumatı təsdiqləyiblər.
 
Bildirilib ki, Ağayev Faiq Firuddin oğlu klinikaya 26 iyunda daxil olmuşdu:
 
"Xəstə 3 iyul, saat 03:00-da vəfat edib. Xəstənin COVID-19, ikitərəfli pnevmoniya, eyni zamanda, kəskin ürək-ağciyər çatışmazlığı, ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmazlığı, hipertoniya xəstəlikləri olub”.