\
19 Mart 2024 - Çərşənbə axşamı

Bakının Binəqədi rayonunda yanğın başlayıb

Bakının Binəqədi rayonunda yanğın başlayıb
1067baxış

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda “Sobsan” boya fabrikinin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Mediapress.az xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Foto: Aga Dadaşzadə