\
19 Mart 2024 - Çərşənbə axşamı

“Fairmont Baku Flame Towers” karantin qaydalarını pozub - VİDEO

“Fairmont Baku Flame Towers” karantin qaydalarını pozub - VİDEO
1760baxış
İyulun 2-dən Nazirlər Kabineti Yanında operativ qərargah tərəfindən bəzi şəhər və rayonlarda xüsusi karantin rejimi iyulun 20-dək uzadılsa da, “Fairmont Baku” hoteli qaydalara əməl etməyib.
 
Hotel həftə sonunu “Fairmont Baku Flame Towers”da keçirmək üçün vətəndaşlara çağırış edib. Yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
 
Qeyd edək ki, iyulun 2-də operativ qərargah COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Əvvəllər 10 nəfərin bir yerə toplaşması qadağan idisə, son qərarda bu say beşə endirilib.