\
29 Mart 2024 - Cümə

“Palitra” qəzeti fəaliyyətini dayandırıb - "Əməkdaşlardan biri xəstələnib".

“Palitra” qəzeti fəaliyyətini dayandırıb - "Əməkdaşlardan biri xəstələnib".
1025baxış

Palitra” qəzeti avqustun 1-nə kimi fəaliyyətinə ara verib. 

Bu barədə “Report”a qəzetin baş redaktoru Esmira Balayqızı məlumat verib.

O bildirib ki, qəzet həmin müddətdə ancaq onlayn işləyəcək. Çap variantı olmayacaq:

"Digər məsələlərə rəhbərlik qərar verəcək. Həm də bizim əməkdaşlardan biri xəstələnmişdi. Redaksiyada dezinfeksiya işləri aparıldı. Bu səbəbdən ora yığışmırıq".

Məlumat üçün bildirək ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil etdiyi müsabiqənin nəticələrinə əsasən, “Palitra” qəzetinin adı yardım alacaq KİV-lər arasında yoxdur.

Qeyd edək ki, “Palitra” 14 sentyabr 1999-cu il tarixində dövlət qeydiyyatından keçib.