\
19 Aprel 2024 - Cümə

Bakıda yeniyetmə mağazadan 2 min manatlıq oğurluq etdi

Bakıda yeniyetmə mağazadan 2 min manatlıq oğurluq etdi
1016baxış

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

Bu barədə "Mediapress.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 7-də Hövsan qəsəbəsi ərazisindəki mağazaların birindən 300 manat pul və 1 700 manat dəyərində ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri olan bir yeniyetmə və S.Nağıyev saxlanılıb.