\
18 Aprel 2024 - Cümə axşamı

Yaponiyada 1,3 milyon insan təxliyə ediləcək

Yaponiyada 1,3 milyon insan təxliyə ediləcək
1993baxış
Yaponiyanın cənub-qərb əyalətlərində güclü yağış səbəbindən yaranan daşqın və torpaq sürüşməsi nəticəsində 1,3 milyon insanın təxliyə edilməsi planlaşdırılır.
 
Mediapress.az xarici mətuata istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi Kyuşu adası üçün ən yüksək fövqəladə vəziyyət xəbərdarlığı edib, yerli qurumların Fukuoka, Kumamoto, Naqasaki və Oita əyalətlərində təxliyə əmri vermələrini istəyib.
 
Qeyd edək ki, şiddətli yağış səbəbindən 52 nəfər ölüb, 12 nəfər isə itkin düşüb. 7 mindən çox evə elektrik verilməsi dayandırılıb. 10 minə yaxın əsgər xilasetmə işlərinə cəlb olunub.