\
26 Aprel 2024 - Cümə

Çempionlar Liqasında mövsümün son püşkatmasının detalları açıqlandı

Çempionlar Liqasında mövsümün son püşkatmasının detalları açıqlandı
1947baxış

UEFA cari mövsüm Çempionlar Liqasında son püşkatmanın detallarını açıqlayıb.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, mərasim əvvəldən də bilindiyi kimi, iyulun 10-da İsveçrənin Nyon şəhərində olacaq və Bakı vaxtı ilə 14:00-da start götürəcək.

Püşkatmada 1/4 final və yarımfinal mərhələlərində üz-üzə gələcək cütlüklər müəyyənləşməklə yanaşı, final matçının nominal meydan sahibi də bəlli olacaq.

1/4 finaldan etibarən eyni ölkə təmsilçiləri bir-birilərinə rəqib ola bilərlər. Əlavə məhdudiyyətlər tədbirdən əvvəl təsdiqlənəcək.

Bu mərhələnin 4 iştirakçısı artıq məlumdur: "Atalanta" (İtaliya), "Atletiko" (Madrid, İspaniya), "Leyptsiq" (Almaniya) və PSJ (Fransa).

Növbəti 4 kollektiv isə 7-8 avqust tarixlərindəki cavab matçlarından sonra bilinəcək:

"Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə)

İlk oyun - 0:3

"Barselona" (İspaniya) - "Napoli" (İtaliya)

İlk oyun - 1:1

"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)

İlk oyun - 2:1

"Yuventus" (İtaliya) - "Lion" (Fransa)

İlk oyun - 0:1

1/4 finaldan etibarən qarşılaşmalar Portuqaliyanın paytaxtı Lissabonda "8-lər finalı" formatında keçiriləcək və 1 matçdan ibarət olacaq.

12-15 avqust

1/4 final

18-19 avqust

Yarımfinal

23 avqust

Final