\
26 Aprel 2024 - Cümə

Abşeron Rayon Təcili Tibbi Yardımdan şikayət var! - "Məncə aidiyyəti qurumlar bu barədə araşdırma aparacaq"

Abşeron Rayon Təcili Tibbi Yardımdan şikayət var! - "Məncə aidiyyəti qurumlar bu barədə araşdırma aparacaq"
1362baxış
Son vaxtlar Təcili Tibbi Yardımdan gələn şikayətlərin sayı-hesabı yoxdur. Həmin şəxslərdən biri də Samir Əlidir. 
 
Mediapress.az xəbər verir ki, o, bu barədə Facebook səhifəsində qeyd edib: 
 
"Məlumdur ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus infeksiyası yayılıb və hələ ki bu virusun peyvəndi yoxdur. Azərbaycan dövləti bütün gücünü vətəndaşının sağlamlığına yönəldib, virusun yayılmasının qarşısını almaq üçün səfərbər olub.
Amma... Amması odur ki, Abşeron səhiyyəsindəki vəziyyət biabırçılıq yox, sadəcə səhlənkarlıqdan millətə qənim kəsilməkdir.
Deməli, iyulun 1-də axşam saat 17:30-da 103-ə zəng vurdum təcili yardım çağırmağa. Xəstə sayının çoxluğundan 103-ə düşə bilmədim. Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi ilə əlaqə saxladım ki, bəs evdə qızdırmalı şəxs var, koronavirusdan şübhələnirəm, təcili yardıma ehtiyacımız var, mən nə edim?
Baş həkim qəti tapşırdı ki, evdən çıxmayın, təcili yardıma zəng vurun. Razılaşdım, yenə təcili yardımı yığdım, cavab gəlmədi. Müxtəlif şəxslərə zəng vurandan sonra Abşeron rayon Təcili Tibbi Yardım şöbəsinin müdirinin mobil nömrəsini tapdım və zəng vurdum ki, evdə qızdırmalı şəxs var. Şöbə müdiri də dedi ki, evdən çıxmayın, gəlirik........ O gəlirik, bu gəlirik.
.İyulun 6-da günorta saatlarına qədər gözlədim, təcili yardımdan nəinki təcili, heç ləng zəng də gəlmədi. Məcbur olub TƏBİB-in Mətbuat xidmətinin rəhbəri Revana Aliyeva zəng vurdum və vəziyyəti dedim. Sağ olsun, yalnız Rəvanə xanımın müdaxiləsindən sonra Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi mənimlə əlaqə saxladı ki TƏBİB-ə niyə zəng vurmusunuz? Bildirdim ki, iyulun 1-də sizə zəng vurdum, mənə dediniz ki, evi tərk etməyin, biz də bir həftədi, gözləyirik. Baş həkimin yadına düşdü və qayıdasan ki, noldu o xəstənin axırı? Dedim öldü,5 günə xəstə qalar? Dedi bu dəqiqə təcili yardım göndərirəm. 15 dəqiqə sonra baş həkim zəng vurdu ki, bəs sən demə Abşeron Təcili Tibbi Yardım şöbəsində bir nəfər də həkim qalmayıb, hamısı qızdırıb.
Dedim onda ölək də. Dedi yox ölmə, göndərirəm. Saat 21:30-da biri zəng vurdu ki, təcili yardımdı, gəlirik. Gəldi, təzə-2020-ci il buraxılışlı təcili yardım maşınında ağpaltarlı bir xanım. Maraqlı bilirsiniz nədi? ağ paltara bürünmüş xanım dedi həkiməm, amma təcili yardımdan gəlməmişəm. Dedi mənə deyiblər get gör orda nolub?
Mən başa düşə bilmirəm, mənim evimdə bıçaqlanma olmayıb ki, sən bura "Uçastkovıy" zad kimi gələsən. Əlqərəz, dedim xanım, yaxma götürəsiniz bəlkə? Bir həftə əvvəl qızdırma olub, koronavirusdan şübhələnirəm. Dedi yox, qızdırman yoxdusa, yaxma da götürmürəm, gedin KT-yə. Dedim sən PSR testi, yəni yaxma götür, mən səhər KT-yə gedərəm. Dedi mən yaxma götürə bilmirəm, yalnız təzyiq ölçə bilərəm, vəssalam. Dedim heç olmasa bir sakitləşdirici vurun,dedi onda gözlə, gedim xəstəxanaya, oradan iynə varsa gətirim vurum. Yaxşı ki evdə analgin-dimedrol var idi, gətirdim ki, buyurun, heç olmasa bunu da olsa vurun. İncəvara iynə vurdu.
Hörmətli Abşeron sakinləri, nəbadə xəstələnəsiniz ha, elə eləməyin, amandı.
Bu qədər səhlənkarlıq olmaz.
Məncə aidiyyəti qurumlar bu barədə araşdırma aparacaq və bu özbaşınalığa çarə qılacaq!"