\
23 Aprel 2024 - Çərşənbə axşamı

Türkiyə Şərqi Aralıq dənizində döyüş hazırlığına başlayır

Türkiyə Şərqi Aralıq dənizində döyüş hazırlığına başlayır
1076baxış

Liviyada gərginliyin artdığı bir vaxtda Türkiyə Hərbi Dəniz Qüvvələri Şərqi Aralıq dənizində döyüş hazırlığı təlimləri keçirəcək.

Axar.az xəbər verir ki, artıq Türkiyə donanması təlim üçün NAVTEX vasitəsilə elan edib.

Məlumata görə, təlim sahələrinin adı “Barbaros”, “Turqut Rəis” və “Çaka bəy” olaraq təyin olunub.

Qeyd edək ki, iyunun 11-də Türkiyə Hərbi Hava və Dəniz Qüvvələrinin iştirakı ilə bölgədə genişmiqyaslı hərbi təlim keçirilib.