\
19 Aprel 2024 - Cümə

Ukrayna MDB-nin daha bir sazişindən çıxdı

Ukrayna MDB-nin daha bir sazişindən çıxdı
1989baxış
Vladimir Zelenski Kiyevin MDB ölkələrinin Maliyyə Kəşfiyyat Birlikləri Rəhbərləri Şurasının yaradılması haqqında Sazişdən çıxması haqqında fərman imzalayıb.
 
Xarici İşlər Nazirliyinə MDB-nin İcraiyyə Komitəsinə Ukraynanın bu qərarı barədə məlumat vermək tapşırılıb.
 
Xatırladaq ki, MDB ölkələrinin Maliyyə Kəşfiyyat Birlikləri Rəhbərləri Şurasının yaradılması haqqında Saziş 2012-ci ilin dekabrında bağlanıb.