\
26 Aprel 2024 - Cümə

Tədris Cərrahiyyə Klinikasının 36 yaşlı həkimi koronavirusdan əziyyət çəkir - "Çox təəssüf ki, əlimizdən heç nə gəlmir" - Eksklüziv

Tədris Cərrahiyyə Klinikasının 36 yaşlı həkimi koronavirusdan əziyyət çəkir - "Çox təəssüf ki, əlimizdən heç nə gəlmir" - Eksklüziv
6646baxış
ATU "Tədris Cərrahiyə Klinikası"nın həkimi koronavirusa yoluxub.
Xatırladaq ki,  Cavid Paşayevin vəziyyəti kritikdir.
Mediapress.az-ın məlumatına görə, klinikanın 36 yaşlı reanimasiya müdiri Cavid Paşayev və komandası Covid-19 ilə mübarizəyə ilk qoşulanlardan olub.
 
P.Cavidin reanimasiya şöbəsində olmasına baxmayaraq, stasionarda yatan xəstələrə də ciddi nəzarət göstərib.
 
Məlumata görə, 4 gün əvvəl ağciyər kompyuter tomoqrafiya (KT) müayinəsində cüzi dəyişikliklər olsa da, bugünki KT filmlərində xeyli artma müşahidə edilib. 
 
"Çox təəssüf ki, əlimizdən heç nə gəlmir. Ancaq mənəvi dəstək ola bilərik. Tezliklə sağalıb ön cəbhəyə dönməsini arzu edirəm. Çünki o, virusla mübarizədə gözümüzdə qəhrəman obrazı idı. Zənglə də olsa hamıya kömək etməyə çalışırdı. Düşünürdüm ki, biz də vurusa yoluxsaq, Cavid doktor və komandası bizi vəziyyətdən çıxaracaq. Ümid mənbəyimizdir. İnanıram ki, belə qəhrəmanlara indi dəyər verilməsə də, nə vaxtsa dəyər veriləcək!" - deyə Rasim Bayramov həmkarının tez bir zamanda sıralarına dönməyi üçün dualar etdiklərini bildirdi.