\
28 Mart 2024 - Cümə axşamı

Oriental oynayan Rahib sosial şəbəkələrdə viral oldu - VİDEO

Oriental oynayan Rahib sosial şəbəkələrdə viral oldu - VİDEO
1237baxış
Mediapress.az xəbər verir ki, Bolqarıstanın Loveç şəhərində 13-cü əsrdə inşa edilmiş monastrda bir rahibin oryental oynamağı sosial şəbəkələrin gündəminə düşüb.
"Çalqa musiqi" adı ilə Bolqarıstanda məşhur olan və əsasən meyxanələrdə çalınan mahnıya rəqs edən rahib Yeramonah Nektari Pravaslav Kilsəsinin qəzəbinə tuş gəlib.
 
Əsl adı Radomir Balabanov olan rahib gənc yaşda özünü dinə həsr etmək istəyib. Dünyəvi işlərdən imtina etdiyinə dair and içərək Qojen Monastrında rahib kimi fəaliyyətə başlayıb. (qaynarinfo)