\
24 Aprel 2024 - Çərşənbə

Tramp maska taxmağa razılaşdı

Tramp maska taxmağa razılaşdı
1192baxış
Koronavirusdan ən çox ölüm halının qeydə alındığı ABŞ-da prezident Donald Tramp maska taxmağa söz verib.
 
O, Uolter Rid adına hərbi hiospitala səfəri zamanı qoruyucu maskadan istifadə edəcəyini deyib. Vaşinqton ətrafındakı hospitalın ziyarəti bu gün baş tutmalıdır.
 
Trampın sözlərinə görə, maskadan istifadə müəyyən hallarda özünü doğruldub.
"Mən yaralı hərbçilərin müalicə edildiyi, eləcə də koronavirusla mübarizə apara tibb işçilərinin çalışdığı hərbi hospitala getməyi planlaşdırıram. Ora gedəndə maska taxmalı olacağam.
 
Düşünürəm ki, bu doğru addımdır".
 
O, qeyd edib ki, adamın özü və ətrafındakılar daima testdən keçirilirsə, ara məsafəsi gözlənilirsə maskaya ehtiyac yoxdur.