\
26 Aprel 2024 - Cümə

"Az Granata” “Tovuz” brendini oğurlayıb? - Şirkət qalmaqala aydınlıq gətirdi

"Az Granata” “Tovuz” brendini oğurlayıb? - Şirkət qalmaqala aydınlıq gətirdi
1555baxış
“Tovuz” adlı şərab ölkənin iki aparıcı şirkətini üz-üzə qoydu.
 
30 illik tarixə malik "Naigin K Tovuz Baltiya” şirkəti rəqibini brend oğurluğuda ittiham edir. Şirkətin məlumatına görə, "Az Granata” MMC şirkəti "Naigin K Tovuz Baltiya”ya məxsus "Tovuz” konyak brendini öz loqosu ilə satışa çıxarıb.
 
Lakin “Az-Granata” bu iddialarla razılaşmır. Dünyanın 30-a yaxın ölkəsinə alkoqolsuz və alkoqollu məhsulları ixrac edən “Az-Granata” MMC-nin ictimai işlər üzrə meneceri Ülvi Günəşlinin “BakuPost”a verdiyi məlumata görə, Azərbaycanda region adlarının brendləşdirilməsi üçün patenet verilmir. Bu adı brendləşdirib patentini əldə etməyən rəqib bu gün şirkətin “Tovuz” adı ilə məhsul istehsal etməyimizi qanunsuz adlandırır.
 
“Naigin K Tovuz Baltiya” Şirkətlər Qrupunun təsisçisi və Baş direktoru Naiq Məmmədhəsənova xatırladırıq ki, həmin məhsulun patentini Ukrayna dövlətindən Əlimxan Mahmudov alıb. Naiq Məmmədhəsənov Əlimxan Mahmudovla birgə 2011-ci ildə Ukraynada təsis etdikləri və səhmlərini 50- 50 bölüşdükləri “Tovuz Vino” şirkətinin Ukrayna bazarında satış imkanları məhz “Naigin K Tovuz Baltiya” şirkətinin keyfiyyətsiz məhsul göndərməsi səbəbilə zəyiflədikdən sonra Naiq müəllim bu ortaqlıqdan geri çəkilib. Hazırda onun adıçəkilən şirkətdə payı 1% təşkil edir. “Tovuz” konyakını da Ukrayna bazarına daxil edib, erməni sahibkarlarla rəqabət apararaq bazarda tanıtmaqda yalnız Əlimxan müəllimin rolu olub. Hətta qeyd edək ki, “Naigin K Tovuz Baltiya” şirkətinin 2011-ci ildə Ukraynaya göndərdiyi xeyli sayda məhsul anbarlarda satılmamış məhsul kimi qalır. Bundan başqa, məhsul Dneprə axıdılıb, “Aşan” bazarından çıxarılıb, Finlandiyaya göndərdiyi məhsul da keyfiyyətsiz olduğuna görə, geri qaytarılıb”.
 
Şirkət rəsmisi səslənən ittihamları qarşı tərəfin rəqabətə davamlı olmaması ilə əsaslandırır. Onun sözlərinə görə, artıq Ukraynada “Az-Granata” MMC-nin firma mağazası işə düşüb:
 
 
“Görünür rəqibimiz olan “Naigin K Tovuz Baltiya” şirkəti məhsullarının Ukrayna bazarında satışının aşağı düşməyini, əməkdaşlıq etdikləri şirkətin bizdən bir çox brendlərimizi alaraq Ukraynaya aparmasını və həmin ölkədə “Az-Granata” firma mağazasının istifadəyə verilməsini qəbul etmək istəmir. Buna görə də hazırda qara piarla məşğuldurlar”.
 
Ü.Günəşli qeyd edib ki, adıçəkilən şirkət məhsulun butulkasını tapa bilmədiyini əsas gətirərək Ə.Mahmudovun sifarişini təmin edə bilməyib:
 
"“Tovuz” konyakının şüşə butulkası “Az-Granata” MMC-nin meyvə araqlarını süzdüyü şüşə butulkadandır. Bunun üçün də Əlimxan Mahmudov şirkətin rəhbərliyindən həmin dizayn və adla həmin şüşə butulkada “Az-Granata” loqosu ilə məhsul süzüb, ona göndərməyi xahiş edib. Biz isə patent olmadan həmin brendi süzməkdən imtina etmişik. Lakin iş adamının ziyana düşməməsi üçün həmin şüşə butulkalardan “Naigin K Tovuz Baltiya” şirkətinə verməyə hazır olmağımız barədə müraciət etmişik. Ancaq bu müraciət cavabsız qalıb. Belə olan halda da Əlimxan Mahmdov “Az-Granata” MMC-nin rəhbərliyinə maraciət edərək həmin brendin patentini aldığını bildirib. Bundan sonra 5000 ədəd butulkanın süzülərək göndərilməsinə razılıq vermişik”.
 
MMC rəsmisi qeyd edib ki, burada qanundan kənar və sağlam rəqabətə kölgə salacaq hansısa işdən söhbət gedə bilməz:
 
"Hətta biz həmin şirkətə təklif etmişik ki, ölkəmizin digər sahələrdə olduğu kimi, şərabçılıq sahəsində də sürətli inkişafına və xarici bazarlarda tanınmasına xidmət etmək üçün birlikdə fəaliyyət sərgiləyək”. (bakupost)