\
20 Aprel 2024 - Şənbə

İlham Əliyev Monqolustan prezidentinə məktub yazdı

İlham Əliyev Monqolustan prezidentinə məktub yazdı
1150baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqaya təbrik məktubu ünvanlayıb.

Mediapress.az-ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Monqolustanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Monqolustan münasibətləri həm ikitərəfli, həm də beynəlxalq müstəvidə bundan sonra da uğurla davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram"