\
19 Aprel 2024 - Cümə

Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib

Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib
1117baxış

Prezident İlham Əliyev “C.C.Əsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb.

Mediapress.az-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Cahangir Calal oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, C. Əsgərov "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir.