\
20 Aprel 2024 - Şənbə

"Biz niyə Bəhram Bağırzadə kimi qayğı ilə əhatə ola bilmirik?" - Mətanət Əsgərqızı

"Biz niyə Bəhram Bağırzadə kimi qayğı ilə əhatə ola bilmirik?" - Mətanət Əsgərqızı
1241baxış

Mediapress.az-ın məlumatına görə, dünən müstəqil jurnalist, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı axşam Covid-19 diaqnozu ilə Bakı şəhərindəki xəstəxanlardan birinə yerləşdirilib. 

Bununla bağlı M.Əsgərqızı məlumat verib.

"Bir ay öncə o, xəstələnəndə şəfa diləyərək yazmışdım ki, sıradan vətəndaşlardan nə ilə fərqlənir? Niyə kasıb , çörəyə möhtac insanlar qayğısızlıq, baxımsızlıqdan yiyəsizlikdən bu amansız xəstəliyin qurbanı olurlar?

Onda bəziləriniz çomağınızı götürüb üstümə düşdünüz ki, ondan yoxdur. Çünki o sizi güldürür.

On dəqiqəlik gülüşün qalibi. O, ölkənin birinci vitse- prezidentinin qayğı və himayəsi ilə ən yüksək səviyyədə müalicə olundu. Allah Mehriban xanıma ömür versin! Lakin bu ölkənin ziyalısı, vətənpərvəri, aydını daha böyük qayğıya, şəfqətə, diqqətə layiqdilər. Elə isə biz niyə təqdim olunmuruq? Biz onlarla həssas qrupun problemini həll edirik.

Onların dövlətdən narazı qalmaması üçün qapılar döyürük. Hələ elə məsələlər var ki, dilə gətirmədən dövlətimizin uca olması, vətənpərvərlik işinin güclənməsi üçün təbliğat işi aparırıq. Elə isə bizlər bəhramlar qədər olmadıqmı? Bilirsizmi, bu xəstəlikdən ölənlər pandemiyadan deyil, yiyəsizlikdən, həkim baxımsızlığından həyatlarını itirirlər. Təbib və Səhiyyə Nazirliyinin aralarındakı husimətin qurbanlarıyıq.Çatdırın ölkənin birinci xanımı Mehriban Əliyevaya, biz bu iki qurumun şərəfsizliyinin ucbatından ölmək istəmirik.

Hörmətli Mehriban xanım, bizi də himayə edin!"

Mətanət xanıma və Bəhram Bağırzadəyə - ümumiyyətlə, bütün xəstələrimizə çansağlığı diləyirik.

Allah şəfa versin!