\
23 Aprel 2024 - Çərşənbə axşamı

Telekanallar şəhid haqqında çəkilən filmi yayımlamaqdan imtina etdilər - "Siz hardan biləsiniz. şəhidlik zirvəsi nə deməkdir?"

Telekanallar şəhid haqqında çəkilən filmi yayımlamaqdan imtina etdilər - "Siz hardan biləsiniz. şəhidlik zirvəsi nə deməkdir?"
1204baxış
"Aprel şəhidi, kapitan Mühüd Orucov. Sağlığında Ali baş komandan tərəfindən qiymətləndirilən, Türkiyə prezidenti tərəfindən mükafatlandırılan, vətənə 2 əsgər bəxş edən Şəhidin iyulun 13-ü ad günüdür. Şəhidlə bağlı hazırladığım filmin Nizami kino mərkəzdə planlaşdırılan təqdimatı karantin səbəbindən baş tutmadı. Filmin nümayiş etdirilməsi üçün bir neçə TV-yə olunan müraciətlər isə nəticəsiz oldu".
 
Mediapress.az xəbər verir ki, bunu tanınmış jurnalist Afət Telmanqızı bildirib.
 
Jurnalist təəssüflə vurğulayıb: "Yazıqlar olsun ki, Vətən yolunda canını qurban vermiş, bu gün Xəzər TV və digər TV rəhbərlərinin rahat torpaq üzərində gəzməsinin səbəbkarı olan Şəhidə qapı bağladılar. TV rəhbərləri siz ömrünüzün sonuna kimi şəhidlərə borclusunuz. İşiniz müharibə şəraitində olan ölkənin şəhidlərini, hərbi vətənpərvərlik ruhunu təbliğ etmək olmalıdır. Manısları ora çıxarıb, pul qazanmaq yox".
 
 
"Siz hardan biləsiniz. şəhidlik zirvəsi nə deməkdir? Heç olmasa, sizin yolunuzda canını qurban verənlərin ruhuna hörmətiniz olsun. Yazıqlar olsun! Bu cür düşüncə ilə torpaqlar azad olunacaq? Bu cür maarifləndirmə ilə? Bu cür şəhidinə biganəlik, hörmətsizliklə? Ayıb olsun!". - deyə A.Telmanqızı qeyd edib.