\
28 Mart 2024 - Cümə axşamı

Ərdoğan Ermənistanın Azərbaycana hücumunu qınadı - VİDEO

Ərdoğan Ermənistanın Azərbaycana hücumunu qınadı - VİDEO
8174baxış
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycanla sərhəddə Tovuz istiqamətində atəşkəsi kobud şəkildə pozmasını qınayıb.
 
Mediapress.az xəbər verir ki, R.T.Ərdoğan Nazirlər Kabinetinin bugünki iclasından sonra Azərbaycana dəstəyini bildirib:
 
“Əcdadın əsrlər boyunca yerinə yetirdiyi bu vəzifəni yenə yerinə yetirməyə davam edəcəyik. Dost və qardaş Azərbaycana qarşı Ermənistanın təcavüzünü qətiyyətlə pisləyirik. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik. Vətəni uğrunda savaşan azərbaycanlı qardaşlarımızdan şəhid olanlara rəhmət, yaralananlara şəfa diləyirəm.
 
Bu gərginliyin Ermənistanın hücumları sonrası münaqişəyə çevrilməsindən narahatıq. Bu son hücum iki dövlət arasındakı sərhəddə ağır silahlarla edilib. Bu, birbaşa Azərbaycana qarşı edilmiş şüurlu hücumdur. Bu hücum Ermənistanın çapını aşan hadisədir. Məqsəd Dağlıq Qarabağın nizamlanması prosesinə əngəl yaratmaq və yeni münaqişə nöqtələri yaratmaqdır.
 
Türkiyə Azərbaycana edilən hücumlara qarşı duracaq. Bütün münasibətlərimizi bu məsələdə səfərbər etmək boynumuzun borcudur. Öz torpağındakı siyasi, iqtisadi, koronavirusdan qaynaqlanan problemləri həll edə bilməyən bir ölkənin belə bir aqressiyası öz xalqına hörmətsizlikdir”.