\
25 Aprel 2024 - Cümə axşamı

"Azərbaycanı qətiyyən yalnız qoymarıq" - Ərdoğan

"Azərbaycanı qətiyyən yalnız qoymarıq" - Ərdoğan
9289baxış
Ermənistan işğalçı dövlətdir. Minsk qrupu 30 ildir ki, bu məsələni həll edə bilməyib".
 
Mediapress.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Ermənistan müntəzəm olaraq Azərbaycanda dinc əhalini atəşə tutur.
 
"İşin bu nöqtəyə gələcəyi bəlli idi. Bu hücumlar nəticəsində təbii ki, Azərbaycan da öz torpaqlarının, xalqının müdafiəsinə qalxacaq. Biz qardaş Azərbaycanı qətiyyən yalnız qoymarıq. Sonuna kimi öz dəstəyimizi verəcəyik.
 
İlham Əliyevlə danışıqlarımız davam edir. Dünən də onlar Türkiyəyə bir heyət göndəriblər. Onlar da Müdafiə nazirimiz və ordu komandanlarımızla görüşlər keçiriblər, mənimlə telefon əlaqəsi olub. Azərbaycanlı qardaşlarımızın yanındayıq, yanlarında olacağıq".