\
25 Aprel 2024 - Cümə axşamı

"Ermənilərin hücumu zamanı konsulluqdan bizə yardım edilmədi" - Sevinc Səfərova Eksklüziv - VİDEO - FOTOLAR

"Ermənilərin hücumu zamanı konsulluqdan bizə yardım edilmədi" - Sevinc Səfərova Eksklüziv - VİDEO - FOTOLAR
9786baxış

Bu gün ABŞ-ın Los Anceles şəhərindəki Azərbaycan konsulluğunun binasının qarşısında”Qarabağ Azərbaycandır!” adlı mitinq keçirilib.

Mediapress.az xəbər verir ki, mitinqdə 30-a yaxın azərbaycanlı iştirak edib. Halbuki, əvvəlcədən belə planlaşdırılmayıbmış.

Ermənistanın Azərbaycanın Tovuz rayonuna təcavüzü ilə bağlı keçirilən etiraz aksiyasında səslərini ucaldan azərbaycanlılar ermənilərin hücumuna məruz qalıb!

Bu barədə məlumatı Mediapress.az-a drammaturq-yazıçı, Kaliforniya Beynəlxalq Mədəniyyət Mərkəzinin Təsisçısi və rəhbəri Sevinc Səfərova danışıb:

“Biz 30 nəfər olardıq. Dörd tərəfdən ermənilər bizi əhatəyə aldılar. Əvvəlcə az idilər. Amma çox keçmədi ki, qəfildən çoxaldılar. Bir-birinə xəbər verdilər, tökülüb gəldilər. Əvvəlcə yüzlərlə, sonra minlərlə oldular. Hücum etdilər bizə. Aksiya iştirakçılarından olanlardan 4-nün vəziyyəti pisdir, Bir cavan uşaq komadadır. O qədər döydülər ki. Polis də bacarmadı onlarla. Çünki sayca çox idilər. Azərbaycan Konsulluğundan bizə heç bir yardım edilmədi. Avtobus söz vermişdilər ki, göndərəcəklər. Amma gəlib çıxmadı. Bir sözlə, 30 nəfər minlərlə erməninin əlindən sağ qurtara bildik”.

S.Səfərovanın sözlərinə görə, aksiya iştirakçıları hələ də o stressin təsirindən ayılmayıblar.

- Sağ qaldığımıza təəccüblənirik. Çox pis döydülər cavanlarımızı. Qızım Elvina Qurbanova var gücü ilə qışqırırdı ki, “Qarabağ Azərbaycanındır!” Baxmayaraq ki, onlar vəhşicəsinə üstümüzə gəlməyə hazırlaşırdılar. Cavanlarımızla qürur duymaq lazımdır. Amma çox təəssüf ki, konsulluqdan bizə heç bir yardım, heç bir köməklik göstərilmədi. Halbuki, düz binanın qarşısında baş verirdi hadisələr. 

P.S. Azərbaycanın Los Ancelesdəki Baş Konsulu Nəsimi Ağayev şəhərin meri və digər rəhbərlərdən məsələni ciddi şəkildə həll etməyi tələb edib.