\
18 Aprel 2024 - Cümə axşamı

Nazirlər Kabinetinə yeni şöbə müdiri təyin edilib

Nazirlər Kabinetinə yeni şöbə müdiri təyin edilib
1632baxış

Nazirlər Kabinetində yeni təyinat olub.

Anar Məmmədov Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Qeyd edək ki, Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsi boş idi.