\
25 Aprel 2024 - Cümə axşamı

“CinemaPlus”-un Müşahidə Şurasına sədr təyin olundu

“CinemaPlus”-un Müşahidə Şurasına sədr təyin olundu
1729baxış

Mediapress.az xəbər verir ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində rəhbərliyində yeni təyinat olub.

“CinemaPlus” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında Zaur Darabzadə Cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.

Əvvəllər, 2015-ci ildə Zaur Darabzadə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub.

2018-ci ildən “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru idi