\
19 Aprel 2024 - Cümə

Qaynar süd qazanına düşən uşağın həyatını xilas etmək mümkün olmadı

Qaynar süd qazanına düşən uşağın həyatını xilas etmək mümkün olmadı
1711baxış

Bakıda 4 yaşlı uşaq yanaraq ölüb.

Mediapress.az xəbər verir ki, hadisə iyunun 27-də saat 13:00 radələrində Xəzər rayonu Binə qəsəbəsi Atçılıq  yaşayış məntəqəsində qeydə alınıb.

Bakı şəhər sakini, 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov yaşadığı evdə qaynar süd qazanında düşüb.

Azyaşlı yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.