\
4 Avqust 2020 - Çərşənbə axşamı

FIFA ölkələrə yardım proqramını təsdiqlədi

FIFA ölkələrə yardım proqramını təsdiqlədi
1637baxış

FIFA İcraiyyə Komitəsinin Bürosu koronavirus pandemiyasından zərər görən milli assosiasiyalara maliyyə yardımının göstərilməsini təsdiqləyib. 

"Mediapress.az"ın məlumatına görə, futbol ictimaiyyəti üçün nəzərdə tutulan 1,5 milyard ABŞ dolları vəsait kişi və qadın, gənclər və kütləvi futbola kombinə olunmuş qrantlar sistemi və istiqrazlar sistemi vasitəsilə sərt tələblər əsasında ayrılacaq. 

211 milli assosiasiyanın hər biri, o cümlədən, AFFA 1 milyon dollar qran alacaq. Daha 500 min dollar isə qadın futboluna yönəldiləcək. Üzv ölkələr hərəyə 5 milyon dollar kredit də götürə biləcəklər.