\
4 Avqust 2020 - Çərşənbə axşamı

"Qarabağ"dan ayrılan futbolçu yunan klubunun hədəfində

"Qarabağ"dan ayrılan futbolçu yunan klubunun hədəfində
1628baxış

2019/2020 mövsümünü icarə əsasında "Qarabağ"da keçirən Ailton Silva karyerasını Yunanıstanda davam etdirə bilər.

"Mediapress.az" yerli mətbuata istinadən xəbər verir ki, müqavilə ilə Almaniya "Ştutqart"ına məxsus braziliyalı sol cinah müdafiəçisi "Aris" klubunun maraq dairəsinə düşüb.

Macarıstanlı Mihay Korhutla vidalaşan Superliqa təmsilçisi onun boşluğunu məhz Ailtonla doldurmaq niyyətindədir.

Qeyd edək ki, 25 yaşlı Ailton Silva ötən mövsüm "Qarabağ"ın heyətində 28 oyunda meydana çıxıb. O, 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.