\
19 Aprel 2024 - Cümə

Allah kəsdiyiniz qurbanları qəbul etsin!" - Orxan Quliyev

Allah kəsdiyiniz qurbanları qəbul etsin!" - Orxan Quliyev
1829baxış
"Bütün dinlərə mənsub insanların birgə yaşayışına münbit şərait yaradan və onlara tolerant münasibət bəsləyən dövlətimiz və Azərbaycan xalqı öz dəyərlərinə hər zaman sadiq qalmışdır. Bunun nəticəsidir ki, xalqımız daim İslam dünyasının müqəddəs bayramlarını qeyd etməyə davam etmiş və etməkdədir. Düşünürəm ki, dünyanı cənginə alan amansız pandemiya Covid-19 belə Cənab Ali Baş Komandanımız İlham Əliyevin və onun verdiyi qərarların sayəsində vətəndaşlarımızın bayram əhvalına və Allah qarşısında mənəvi borclarını yerinə yetirməsinə mane olmayacaqdır. 
12 iyulda baş verən Tovuz döyüşlərində həlak olan şəhidlərimizə də Allahdan rəhmət diləyirəm məkanları cənnət olsun və nur içində yatsınlar.
Gələn il Qarabağda Qurban bayramı qeyd etmək nəsib olsun.
Sizləri və doğmalarınızı müqəddəs Qurban bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! 
Sizlərə sülh və əmin-amanlıq içərisində, sağlam canla, bol ruzi-bərəkətli süfrələr ətrafında neçə-neçə bayramlar qeyd etməyi arzulayıram!
Allah kəsdiyiniz qurbanları, etdiyiniz duaları qəbul etsin!"
 
İqtisadiyyatçı-ekspert: Orxan Quliyev