\
28 Mart 2024 - Cümə axşamı

Müdafiə Nazirliyi Teymur Cəfərovun vəfatı ilə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi Teymur Cəfərovun vəfatı ilə bağlı məlumat yaydı
1350baxış
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan koronavirus (COVİD-19) infeksiyasından vəfat edib.
 
Bu barədə Mediapress.az-a  Müdafiə Nazirliyindən məlumat verilib. 
 
"Təəssüflər olsun ki, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib. Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir", - nazirlikdən bildirilib. 
 
Allah rəhmət eləsin!