\
20 Aprel 2024 - Şənbə

Bazar gününün havası açıqlandı

Bazar gününün havası açıqlandı
1075baxış

Bazar günü, avqustun 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Mediapress.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-23, gündüz  30-35, Bakıda  gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-17, gündüz 18-23 dərəcə isti olacaq.