\
29 Mart 2024 - Cümə

Qarabağ qazisi avtomobil qəzasında həlak olub

Qarabağ qazisi avtomobil qəzasında həlak olub
1661baxış

Biləsuvar rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar rayonu ərazisində qeydə alınıb. 

Belə ki,  rayon sakini,  1969-ci il təvəllüdlü Qədir Əsəd oğlu Musayev idarə etdiyi "Naz Lifan" markalı minik avtomobili aşırıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib. 

Qeyd edək ki, Q.Musayev Qarabağ qazisidir və Birinci Qarabağ savaşında Biləsuvar könüllülərindən ibarət batalyonunun komandiri olub.

Faktla bağlı araşdırma aparılır.