\
11 May 2024 - Şənbə

Beyrutda fövqəladə vəziyyət elan edildi

Beyrutda fövqəladə vəziyyət elan edildi
1344baxış

Livanın paytaxtı Beyrutda 2 həftə fövqəladə vəziyyət elan edilib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Ali Müdafiə Şurası qərar qəbul edib.

Fövqəladə vəziyyət avqustun 18-nə kimi davam edəcək.

Qərara əsasən, ordu paytaxtda təhlükəsizliyi təmin etməlidir. Eyni zamanda gömrük, dəniz və hava limanlarında vəzifəsini yerinə yetirən təhlükəsizlik qüvvələri, o cümlədən yanğınsöndürən briqadaları da ordunun nəzarətinə verilib.

Qeyd edək ki, ötən gün Beyrutda dəhşətli partlayış baş verib. Partlayış nəticəsində 63 nəfər ölüb, 3 mindən çox insan xəsarət alıb.