\
26 Aprel 2024 - Cümə

Svetoforların və nizamlanan yol kəsişmələrinin sayı artırılır - FOTOLAR

Svetoforların və nizamlanan yol kəsişmələrinin sayı artırılır - FOTOLAR
1696baxış
Mediapress.az xəbər veriri ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən piyada svetoforlarının və nizamlanan yol kəsişmələrinin sayının artırılması, nəqliyyat axınına uyğun idarə olunması və saxlanılması istiqamətində mütəmadi olaraq işlər görülməkdədir.
Təsadüfi deyil ki, artıq Agentliyin fəaliyyət dövrü ərzində: 
 19 yol kəsişməsində yeni svetofor obyektləri quraşdırılmış;
 piyadaların təhlükəsizliyinin və rahatlığının təmin olunması məqsədilə 7 məntəqədə xüsusi düymə ilə idarə olunan svetoforlar quraşdırılaraq nizamlanan piyada keçidləri təşkil edilmiş;
 14 məntəqədə mövcud svetofor obyektlərinə əlavə piyada bölmələri yerləşdirilmiş;
 görmə məhdudiyyətli şəxslərin rahatlığı və təhlükəsizliyi üçün 4 məntəqədə mövcud svetofor dirəklərinə çağırıcı qurğular quraşdırılmışdır.
 Ş.İ.Xətai prospektinin Ə.Ağaoğlu və Dəmirçizadə küçələri ilə kəsişmələrində mövcud  svetoforlar smart tipli svetoforlarla əvəz edilmişdir. 
 
Həmçinin Xəzər rayonu, Binə qəsəbəsində  ilk dəfə olaraq Əli İsazadə və Fuad Aynulov küçələrinin kəsişməsində svetofor obyektləri quraşdırılmış, svetofor dirəklərinin üzərinə görmə məhdudiyyətli şəxslərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi səsgücləndirici qurğular yerləşdirilmişdir. Artıq istifadəyə verilmiş svetofor obyektlərinin aşağıda göstərilmiş üstünlükləri vardır:
 Piyadaların, xüsusilə görmə məhdudiyyətli şəxslərin təhlükəsizliyi və rahatlığı təmin edilmiş 
 Xaotik hərəkətin qarşısının alınması nəticəsində nəqliyyat ləngimələri aradan qaldırılmışdır
 Bundan başqa, yarana biləcək tıxac və sıxlıq hallarının qarşısının alınması üçün ərazidə qanunsuz parklanmalara qarşı mübarizə tədbirləri də gücləndirilmişdir.
 
Hazırda bütün istiqamətlər üzrə görülən işlər davam etdirilir. Cari ilin sonuna kimi daha 30 məntəqədə yeni svetofor obyektlərinin quraşdırılması planlaşdırılır.
 
Ümumilikdə isə hazırki şəraitdə Bakı şəhərinin 342 məntəqəsində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti svetoforlar vasitəsilə nizamlanır ki, bunların 153 ədədi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunur. Nəqliyyat axınına uyğun olaraq həmin svetofor obyektlərinin faza vaxtları tənzimlənir, günün əsasən pik saatlarında ehtiyac olduğu təqdirdə yaşıl dalğa əmri verilir.