\
20 Sentyabr 2020 - Bazar günü

General Polad Həşimovun adına verilən küçə general Həzi Aslanovun adına olan küçədirmi? - Rəsmi FOTO

General Polad Həşimovun adına verilən küçə general Həzi Aslanovun adına olan küçədirmi? - Rəsmi FOTO
1101baxış

Qəbələ Rayon İcra Hakimiyyətinin mətbuat üçün məlumatı

Musavat.com xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyəti mətbuat üçün məlumat yayıb. Həmin məlumatı təqdim edirik:

"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimov adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı əsassız məlumatlar yayılır. Qeyd edək ki, Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə verilib. Polad Həşimov küçəsi başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir.

Həzi Aslanov küçəsinin adı isə dəyişdirilməyib. Bu küçənin başlanğıc nöqtəsi Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq son nöqtəsi 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksinədək uzanır.

Bir daha kütləvi informasiya vasitələrini və sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan yayınmağa çağırırıq".
 

Qəbələ rayon İcra Hakimiyyəti: General Polad Həşimovun adı Həzi Aslanovun adına olan küçəyə verilməyib