\
19 Aprel 2024 - Cümə

Beyrutdakı partlayışda ölən ermənilərin sayı 10-u ötdü

Beyrutdakı partlayışda ölən ermənilərin sayı 10-u ötdü
1415baxış

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışda ölən ermənilərin sayı 11-ə çatıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu erməni icması açıqlayıb.

Qeyd olunub ki, hadisə nəticəsində 250 nəfər erməni xəsarət alıb.   

Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində azı 137 nəfər insan ölüb, 5 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.