\
26 Aprel 2024 - Cümə

Kürdə batan tələbənin meyiti tapıldı

Kürdə batan tələbənin meyiti tapıldı
1354baxış

Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb.

Mediapress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.