\
20 Sentyabr 2020 - Bazar günü

"Hərəkət intensivliyinin artması yol nəqliyyat hadisələrinin sayına da təsir edib" - BNA sözcüsü Mais Ağayev - FOTOLAR

"Hərəkət intensivliyinin artması yol nəqliyyat hadisələrinin sayına da təsir edib" - BNA sözcüsü Mais Ağayev - FOTOLAR
3771baxış
"Yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi artdığından artıq axşam pik saatlarında müxtəlif istiqamətlərdə sıxlıqlar müşahidə olunur.  Yollardakı sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobuslarının intervalına da mənfi təsir etməkdədir. Müntəzəm və ekspres xətt üzrə avtobusların intervalı pozulur. Avtobuslar dayanacaqlara gecikmə ilə çatıblar. Bu isə dayanacaq məntəqələrində və avtobuslarda sıxlığın yaranmasına səbəb olub."
 
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat Xidmətinin rəhbəri Mais Ağayev Mediapress.az-a məlumat verib. 
 
"Qeyd edim ki, bir marşrut xəttinin intervalının pozulmasının mənfi fəsadları domino effekti ilə digər xətlərə də mənfi təsir edir. Mövcud pandemiya vəziyyətində bu hal sərnişindaşımalarda əlavə çətinliklər yaradır. Hərəkət intensivliyinin artması yol nəqliyyat hadisələrinin sayına da təsir edib. Belə ki, bu gün saat 9-dan saat 16-dək olan müddətə təkcə Z. Bünyadov prospektində 5 yol nəqliyyat hadisəsi baş verib. Hər bir qəza da baş verən andan sonra ən az 30-40 dəqiqəlik sıxlıq müşahidə olunub. Hərəkət intensivliyinin artıdığı indiki sıxlıq ən azı 2 km məsafəyədək təsir edir.  
Xüsusən pandemiya şəraitində bu kimi çətinliklərlə rastlamamaq üçün xüsusi hərəkət zolaqlarının təşkilinin vacibliyini bir daha vurğulamaq istərdik. 
 
Eyni zamanda sürücüləri diqqətli olmağa, yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq. Həmçinin xahiş edirik ki, hərəkətdə olan zaman müntəzəm və ekspres xətt avtobuslarına qarşı anlayışlı olsunlar", - deyə o, əlavə edib.