\
25 Aprel 2024 - Cümə axşamı

Məhərrəm Əliyevin nəvəsi Moskvada qəzaya düşüb

Məhərrəm Əliyevin nəvəsi Moskvada qəzaya düşüb
1332baxış
Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisi, general-polkovnik Məhərrəm Əliyevin nəvəsi Moskvanın şimalında qəza keçirib.
 
REN TV-nin məlumatına görə, hadisə paytaxtın Böyük Akademik küçəsində baş verib. Belə ki, oğlanın idarə etdiyi "Toyota Land Cruiser" markalı avtomobili "Lexus"la toqquşub.
 
Qəza zamanı heç kim xəsarət almayıb. Qəzanın səbəbləri araşdırılır. /Virtualaz.org