\
20 Aprel 2024 - Şənbə

Məhsəti Şərif Milli Qəhrəmanın adına olan məktəbə direktor təyin edildi - Türkiyədə

Məhsəti Şərif Milli Qəhrəmanın adına olan məktəbə direktor təyin edildi - Türkiyədə
5420baxış

Hazırda Türkiyədə yaşayan azərbaycanlı jurnalist Məhsəti Şərif İstanbulda Mübariz İbrahimov adına Azərbaycan məktəbinin müdiri vəzifəsinə təyin edilib.

"Dörd ildir bu məktəb fəaliyyət göstərir. Mən 1 ildir bu məktəbdə çalışıram", - deyə Mediapress.az-a açıqlama verən Məhsəti xanımın sözlərinə görə, Milli Qəhrəmanımızın adına olan bu məktəb İxtiyar Abdalovun təşəbbüsü ilə açılıb. O, 3 il sözügedən təhsil ocağına rəhbərlik edib.  İndi başqa məktəbə təyinat aldığından direktorluq M.Şərifə həvalə olunub:

Bilirsiniz ki, Türkiyədə 10 minlərlə azərbaycanlı yaşayır. Çoxu da sənədsizdir. Onların uşaqları təhsildən kənarda qalırdı.

Məktəbimiz Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin nəzdində fəaliyyət göstərir. Bildiyiniz kimi, Türkiyə Milli Təhsil içərisində hələ ki, məktəb açılması üçün razılaşma əldə olunmayıb. Hazırda Diaspora Komitəsi və Milli Təhsil və Mədəniyyət Dərnəyinin sədri Aygün Həsənoğlunun birgə əməyi sayəsində burda böyük Azərbaycan məktəbinin tikilməsi ilə bağlı layihə üzərində işlər gedir. İnşallah, gələcək zamanlarda bu məktəb layihəsi də həyata keçəcək.

Hazırladı: Könül AYPARA