\
26 Aprel 2024 - Cümə

Anasını təhqir edən polis əməkdaşı işdən qovuldu - Yeniləndi - VİDEO

Anasını təhqir edən polis əməkdaşı işdən qovuldu - Yeniləndi - VİDEO
1502baxış

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYPİ) operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, yaşlı qadının oğlu tərəfindən təhqir olunmasını əks etdirən video sosial şəbəkələrdə yayılıb. Görüntülərdə ailədaxili mübahisə zamanı Kamran Abbasovun yaşlı anasını söydüyü əks edilib. Həmin şəxs anasını əvvəl təhqir edir, daha sonra onu vurmaq istəyir. Oğlu tərəfindən təhqir edilən qadın isə ağlaya-ağlaya “ananı söyməzlər...” ifadəsini işlədir. Anasını təhqir edən şəxsi yeniyetmə otaqdan çıxarır.

10:07

Azərbaycanda yaşlı qadını təhqir edən şəxsin polis əməkdaşı olduğu iddia edilir.

Mediapress.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə ailədaxili mübahisə zamanı gənc kişinin yaşlı qadını (anası olduğu deyilir) söydüyü əks edilib. Həmin şəxs anasını əvvəl təhqir edir, daha sonra onu vurmaq istəyir. Oğlu tərəfindən təhqir edilən qadın isə ağlaya-ağlaya “ananı söyməzlər...” ifadəsini işlədib. Anasını təhqir edən şəxsi yeniyetmə otaqdan çıxarır.

Sosial şəbəkədə paylaşılan videoda həmin şəxsin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşı Abbasov Kamran Nadir oğlu olduğu iddia edilir.

Hələ ki, hüquq-mühafizə orqanları məsələyə münasibət bildirməyib. Lakin “Report”un əldə etdiyi məlumata görə, həmin görüntülərlə bağlı polis araşdırmalara başlayıb.