\
26 Aprel 2024 - Cümə

Hökumət maska ilə bağlı qadağanı ləğv etdi

Hökumət maska ilə bağlı qadağanı ləğv etdi
1195baxış
Baş nazir Əli Əsədov "Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edib. 
 
Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. 
 
Dəyişiklikdən öncə, qərarın 2020-ci il sentyabrın 1-dək qüvvədə idi. Əli Əsədovun bugünkü dəyişikliyindən sonra qərarın qüvvədə olma müddəti noyabrın 1-dək uzadılıb. 
 
Bundan başqa, dəyişikliyə əsasən, tibbi maskaların ölkə ərazisindən çıxarılmasına qoyulan məhdudiyyət ləğv edilib.