\
8 May 2024 - Çərşənbə

BNA rəsmisi bu çıxışına görə profilini bağladı - VİDEO

BNA rəsmisi bu çıxışına görə profilini bağladı - VİDEO
1362baxış
Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayev Feysbuk səhifəsini bağlayıb.
 
Mediapress.az musavat.com-a istinadən xəbər verir ki, buna səbəb Hikmət Babayevin iki gündür sərt tənqidlərə və etirazlara səbəb olan fikirlərinə sosial şəbəkə istifadəçilərinin reaksiyasıdır.
 
Hikmət Babayev taksilərə tətbiq olunacaq vahid qiymət tarifi haqqında danışan zaman dediyi fikirlər onu haqlı olaraq tənqid hədəfinə çevirib.
 
BNA rəsmisi demişdi: ''Taksilərin qiymətləri bu gün o həddə enib ki, hətta avtobus qiymətlərinə az qala bərabərləşib. Yəni bu, belə olmalı deyil. Taksidən yararlanmaq olar, amma bunu gündəlik daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm sərnişindaşıma mövcuddur”.