\
26 Aprel 2024 - Cümə

Binəli Yıldırım koronavirusa yoluxub

Binəli Yıldırım koronavirusa yoluxub
1429baxış
Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım və həyat yoldaşı Semiha Yıldırım COVİD-19-a yoluxub.
 
Mediapress.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
 
 
“Səhhətimizdə yaranmış narahatlıqla əlaqədar bu səhər Semiha xanımla birlikdə Ankara şəhər xəstəxanasına getdik. COVİD-19 testimiz müsbət çıxdı. Səhəttimizdə elə bil problem yoxdur. Həkimlərimiz evdə müalicə almağımızı məsləhət gördü. Vətəndaşlarımızdan qaydalara riayət etmələrini xahiş edirik”, - deyə B.Yıldırım qeyd edib.